Regionlarda hostel çatışmazlığı turizmin inkişafında ciddi əngəldir

28 2017 12:23

Ölkəyə gələn turistlərin sayının artdığını nəzərə alsaq xüsusilə regionlarda yerləşmə vasitələrinin sayı və xidmət səviyyəsi aktuallığını artırır. Burada aşağı büdcəli turistlər üçün nəzərdə tutulan hostellər xüsusi qeyd olunmalıdır. Mütəxəssislər hostellərin sayının artması üçün müəyyən güzəştlərin edilməsini də məqbul sayır.

Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası tələb olunmayacaq. Yəni insanların öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri mümkün olacaq. Bununla belə Vergilər, eləcə də Mədəniyyət və Turizm Nazirliklərindən qeydiyyatdan keçmək, müəyyən standartlara əməl etmək vacibdir. 

Arzu Həsənov- turizm üzrə mütəxəssis: "Regionlarda hostellərin fəaliyyəti nəzərə çarpmır. Buna baxmayaraq
, bu tip yerləşmə vasitələrinin fəaliyyəti olduqca əhəmiyyətlidir. Çünki az büdcəli, alıcılıq qabiliyyəti aşağı olan şəxslərin səyahəti və gecələməsi üçün bu cür müəssisələrin yaradılması və fəaliyyəti olduqca vacibdir".   

Hostellər əsasən aşağı büdcəli şəxslər üçün nəzərdə tutulur və otaqlarda 4-20 nəfərin yerləşdirilməsi mümkündür. Gəncədə fəaliyyət göstərən 3 hosteldə də şərait demək olar ki
, eynidir. 

Həsən Abbasov- hostel sahibi: "Şəxsi evimi çevirib hostel etdim. Qiymətlər bizdə 10 manatdan başlayır. Hostelin içində otel tipli otaqlar da var. Orada bütün şəraitlər var. Qiyməti digər otaqlara nisbətən 5 manat bahadır.   

Hostellərin üstün cəhəti ucuz və gecələmək üçün minimum şərtlərin olması, dəhlizlərdə qidalanmaq üçün xüsusi mətbəxlərin yaradılmasıdır.

Faiq Musayev
- Gürcüstan vətəndaşı: "Marneuli rayonundan gəlmişəm. İş üçün. Otelləri gəzdim. Hər yeri. Cibimə uyğun, 50 manatdan aşağı yer tapmadım. Hostelə gəldim. Hər şəraiti var. 1 həftə burada qalacam. Burada gecələmək üçün qalıram, otel mənim üçün sərfəli deyil". 

Cib üçün sə
rfəli olan hostellərin çatışmayan tərəfləri də var. 

Arzu Həsənov- turizm üzrə mütəxəssis: "Sanitariya qovşaqları, hamamlar ümumi istifadə üçün nəzərdə tutulur. Mətbəxlərdə müxtəlif və mürəkkəb çeşidli xörəklərin hazırlanması üçün şərait olmur. Təhlükəsizlik baxımından burada problemlər var. Yəni bir-birini tanımayan, təsadüfən görüşən insanlar həm bunların ünsiyyət qurması problem olur. Onlar qısa müddət ərzində orada yaşayırlar. Əşyaları və şəxsi əmlakına da təhl
ükələr ola bilər. Belə yerləşmə müəssisələrində şəxsi əşyaların qorunması üçün xüsusi otaq və kabinələr də olmur".

Qeyd olunan çətinliklər bütün dünya ölkələrində mövcuddur. Buna baxmayaraq
, hostellərə tələbat yetərincədir. 

Fəxrəddin Axundov
- Gəncə Turizm İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi: "Biz Gəncə Turizm İnformasiya Mərkəzi olaraq Gəncə və ətraf bölgələrə baxırıq. Son illərdə turizm sahəsi irəlilədiyinə görə bizə müraciətlərin sayı daha çoxdur. Müraciətlər əsasən tarixi abidələr, gəzməli- görməli yerlər, otel və hostellər haqda olur. Bizə müraciət edən turistlər hostellərə daha çox üstünlük verir. Amma hostellər şəhərimizdə azlıq təşkil edir. Ümid edirik ki, turistlərin gəlməyini nəzərə alaraq hostellərin sayı da artacaq".))  

Mütəxəssislər bunun üçün vergi güzəştlərinin tətbiqini, bu tip müəssi
sələrin yaradılması üçün yerlərin ayrılmasını, hostellərə aşağı kommunal tariflərin tətbiqini vacib sayır. Hostellərin sayının artmasının vacibliyi Strateji Yol Xəritəsində də qeyd olunub. "Mövcud olan aşağı büdcəli yerləşdirmə vasitələrinin, məsələn, böyük mehmanxana şəbəkələrinin aşağı büdcəli brendlərinin, hostellərin şaxələndirilməsi təmin ediləcək və bununla da mövcud obyektlərə tələbin artması ilə yanaşı, paralel olaraq yeni turizm obyektlərinin yaradılmasına şərait yaranacaqdır", -deyə sənəddə vurğulanır.