Gəncədə “94 min Ağac əkək” aksiyası davam edir

29 2017 12:23

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar olaraq “94 min Ağac əkək” aksiyası davam edir. Şəhərin müxtəlif küçə və prospektlərini, parklarını əhatə edən yaşıllaşdırma tədbiri, eləcə də Heydər Əliyev park kompleksində keçirilib. İki həftə ərzində əkilən 60 minə yaxın ağac və gül kollarının sayı bugünki aksiyada daha 10 min artıb. Mayın 10-na kimi 94 min ağacın əkilməsi yekunlaşacaq. Aksiya çərçivəsində həmçinin parkda olan yaşıllıqlara aqrotexniki qulluq da göstərilib.


Elnur Rzayev- Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini: “Artıq ənənə halını alıbdı. Tək bu parkda deyil, eyni zamanda şəhərin digər parklarında, küçələrində davam etdilir. Mütəmadi ağaclara qulluq olunur. Aqrotexniki qulluq göstərilir, mütəmadi suvarılır”.


İlqar Paşayev- aksiya iştirakçısı: “Hər dəfə özümüz könüllü gəlirik. Ağacımızı əkirik. Şəhərimiz üçündür bu ağac əkmək. Bizim yaşıllığımızdı, biz bunu qorumalıyıq. Ulu öndərimiz deyib ki, “hərəyə bir ağac əkək” biz də əkirik”.