Sərxoş sürücü avtomobili aşırıb

01 2017 00:11

Hadisə  Goranboy-Goran avtomobil yolunda baş verib.  Goran qəsəbə sakini, 38 yaşlı Mobil İsgəndərov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alaraq Gornaboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğundan zərəçəkmiş ambulator müalicəyə butaxılıb. Qəzaya səbəb sürücünün sərxoş olması göstərilir. Faktla bağlı araşdırma aparılır.