Gəncə və Kəlbəcərdən olan xüsusi qayğıya ehtiyac duyulan 30 uşaq üçün xüsusi təlimlərə başlanılıb

05 2017 14:33

Azərbaycan Prezidenti Yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihə uşaqlara səyyari reabilitasiya xidmətlərinin təşkili və gücləndirilməsi məqsədi daşıyır. Uşaqlarla həftənin 3 günü, 3 saat xüsusi proqramla fərdi qaydada məşğul olunacaq. Bu müddətdə uşaqlarda bilik və bacarıqların, vərdişlərin yaradılması psixoloq, laqoped, uşaq inkişafı üzrə terapevt tərəfindən həyata keçiriləcək.

Rövşən Novruzov
- layihənin eksperti: “Bu layihə çərçivəsində həmin uşaqların valideynlərinə psixoloji yardım göstərib, təlim də keçiriləcək. Bir təlim nəzərdə tutulur, Kəlbəcər rayonundan olan valideynlər üçün bir təlim də Gəncə reablitasiya mərkəzinə cəlb olunan uşaqların valideynlərinə təşkil ediləcək.