AMEA-nın Gəncə bölməsində “Müasir təbiət elmlərinin problemləri” mövzusunda konfrans keçirilib

05 2017 14:34

Ulu öndərin anadan olmasının 94-cü il münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində “Müasir təbiət elmlərinin problemləri”
mövzusunda konfrans keçirilib. Bakı Dövlət Universitetinin professoru, elmi işçisi və dosentlərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan alimlərinin son zamanlarda suyla bağlı aparılan elmi işləri, su molekullarını fəaliyyətini, onun strukturunun öyrənilməsi istiqamətində tədqiqtalardan söz açılıb. Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov “Bioloji sistemlərdə suyun rolu” mövzusunda məruzə edib. Qeyd olunub ki, Akademiyanın Gəncə bölməsi ilə ölkənin digər elm ocaqları ilə sıx əlaqələr qurulacaq və bundan sonra birgə elmi tədqiqatların aparılması üçün lazımi şərait yaradılacaq.

Eldar Məsimov- professor: “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin fəaliyyətini həddindən artıq yüksək qiymətləndirirəm. Bu həm də qərb bölgəsində elmlə məşğul olmaq istəyən gənclərin elmə cəlb olunmasında böyük rol oynayacaq. Ümumiyyətlə, qeyd edim ki, bu diyarın yüksək intellektli gəncləri çoxdur. Buranın havası, suyu, torpağı elə insanlarda intellekt yaradır”.