Gəncədə “Etika Media Məktəbi” layihəsi çərçivəsində jurnalistika sahəsində ilkin biliyə yiyələnəcək gənclərə təlim keçirilib

16 2017 16:55

Təlim Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Gənclərin Sağlam İnkişafı İctimai Birliyi” birgə təşkil edib. İlkin olaraq Gəncədən başlanılan təlim daha sonra Yevlax, Mingəçevir və Bakı şəhərlərində də reallaşacaq. Layihə 3 ay müddətinə nəzərdə tutulsa da 1 il davam edəcək və Bakıda “Ölkə.az” saytında gənclərə jurnalistika ilə bağlı kurslar da keçiriləcək.

Məmməd Gülməmmədov- "Ölkə.az" saytının baş redaktoru: “İnformasiya müharibəsində düşmənlərimizlə mübarizə etməkdə biz gənclərimizə ehtiyac duyuruq. Gənclərimizin əsasən sosial mediada aktiv fəaliyyətinin təbliği üçün, onların yetişdirilməsi üçün belə bir layihəni həyata keçirməyi planlaşdırdıq. Düşünürəm ki, bu tip layihələr həm dövlətimiz həm də gənclərimiz üçün labüddür”