Ana südü ilə qidalandırmanın əhəmiyyətinə dair seminar təşkil olunub

19 2017 15:39

Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalandırmanın əhəmiyyətinə dair seminar təşkil olunub. Dünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə uşağın gələcək sağlamlığı baxımından ana südünün əvəz olunmaz bir nemət olduğu sübut olunub. Ona görə bu sahədə insanların məlumatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Seminarda ölkədə ana və uşaq sağlamlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində maariflənmə tədbirlərinə xüsusi yer ayırılır. Xüsusilə səhiyyə işçiləri ilə birgə aparılan işlər öz bəhrəsini verir. Bundan öncə Bakıda təşkil olunan analoji tədbirin növbəti məkanı Zaqatala Mərkəzi Rayon Xəstəxanası və Quba Regional Perinatal Mərkəzi olacaq.


Aysel Hacıyeva- neonatoloq: “Mənim südüm yoxdur. Elə bir şey yoxdur. Gərək analarımız öz üzərilərində çalışsınlar. Mütəmadi olaraq əgər ana öz övladına süd verirsə süd gəlir. Tənbəllik edirlər. Onlara elə gəlir ki, bu daha yaxşıdır. Uşaqlar onlarla daha yaxşı çəki artıracaqlar. Daha sağlam olacaqlar. Amma belə bir şey yoxdur. Biz həkimlərdən də çox şey asılıdır. Biz də çalışırıq, təbliğ