İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edib

20 2017 14:59

Vətəndaş qəbullarında sahibkarların təklif etdiyi investisiya layihələrinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu barədə Goranboyda İqtisadiyyat naziri Şahin Mustafayevin vətəndaş qəbulundə məlumat verilib. Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşlarla görüşən nazirə sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisəsinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciətlər olunub. Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların, heyvandarlıq, meyvəçilik, üzümçülük, turizm və sairə sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.