Gəncədə icma inkişafı prosesini müzakirə etmək məqsədilə konfrans keçirilib

24 2017 16:46

150 nəfərə yaxın iştirakçı Gəncədə icma inkişafı prosesini müzakirə etmək məqsədilə icma inkişafına həsr olunan 3-cü milli konfransda bir araya gəlib. İcma əsaslı sosial-iqtisadi inkişaf layihələrinin yerinə yetirilməsi üçün icma səfərbərliyi sahəsində uğurlar, çətinliklər və əldə olunan təcrübələr bölüşülüb. Konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan hökümətinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən təşkil olunub.

Sosial İqtisadi İnkişaf Fəaliyyəti proqramı- SEDA dünyanın bütün ölkələrində həyata keçirilir. USAİD Azərbaycan höküməti ilə birgə SEDA proqramı çərçivəsində 83 icmada 94 layihə həyata keçirib. Bununla 140 mindən çox insana yardım edilib. Azərbaycanın Gəncə-Qazax, Aran və Quba-Xaçmaz regionu üzrə icra olunan layihələr içərisində tibb məntəqələri, süd və yem toplama müəssisələri yer alır. Həmçinin sosial layihələrdən