Gəncədə fiziki və nitq qüsurlu uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər

31 2017 16:10

Gəncədə fiziki və nitq qüsurlu uşaqlar Uşaqların Beynəlxalq Müdafiəsi günündə şənlənib. Daha doğrusu onlar Gəncə Dövlət Dram Teatrında öz istedad və bacarıqlarını müxtəlif səhnəciklər və rəqslərlə nümayiş etdiriblər. Uşaqların ifasında təqdim olunan tamaşalar əsasən ailə, vətənə məhəbbət, sülh və digər bu kimi mövzuları əhatə edib. Daim sevgi və qayğıya ehtiyac duyan kiçik qəhrəmanlar, bunları oynadıqları obrazlarla çatdırmağa çalışıblar. 

Mehriban Heydərova- psixoloq: “Doğurdan da indiki dövrdə hər bir ailədə uşaqlar üzərində psixoloji nöqteyi- nəzərdən çatışmayan cəhətlər var, qorxular var, aqressiya və ünsiyyət qurmamaq kimi problemlər var. Belə tədbirlərin sayını artıraq və gözəl abu havada uşaqların ruhunu yüksəldək. Uşaqlar bizim gələcəyimizdi, onlar sevinc içində böyüməlidir”.


Rauf İsmayılov- şəhər sakini: “Bu gün 1 iyun Uşaqlar Günü münasibəti ilə bura yığışmışıq. Bu gün kiçik bir tədbir keçirdik. Burada biz öz bacarıqlarımızı göstərdik. Bütün uşaqları təbrik edirəm. Bu gün bizim günümüzdü”.


Humay Quliyeva- şəhər sakini: “Bütün dünyada yaşayan, eləcə də Azərbaycanda yaşayan həmyaşıdlarımı və uşaqları təbrik edirəm bu bayram münasibətilə, onlara çoxlu sevinc və xoşbəxtlik arzu edirəm”.