Mirzə Şəfi Vazeh irsi və yaradıcılığının yaşadılması üçün Gəncədə müxtəlif tədbirlər görülür

31 2017 16:12

Mirzə Şəfi Vazeh irsi və yaradıcılığının yaşadılması, həmçinin əbədiləşdirilməsi üçün Gəncənin 15 yerində müxtəlif tərtibatda bədii kompozisiyalar yaradılıb. Həmçinin şəhərdə tikilən park və inşa edilən muzey, eləcə də şairin portretləri əks olunan 40 ədəd xalçanın toxunması da bu istiqamətdə görülən işlərin davamıdır.

Şərif Şərifov- Gəncə Şəhər Reklam və Xidmət İdarəsinin rəisi: “Mirzə Şəfi Vazeh muzeyi Gəncədə yaradılır. Bu muzey və park kompleksdən ibarət olacaq. Yeni bir layihə, yeni bir baxışdı. Həm orada bulaqlar, həm heykəl həm muzey, həm də mozaika kompozisiya var. Şəhərin poetik guşəsindədir. Göygölə gedən yolun üstündə Gülüstan qəsəbəsindədir”.

Ərazisi 1 ha-ya çatdırılan parkda əhali və şəhərə gələn qonaqlar istirahətlə yanaşı, görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcək. İnşa edilən 2 mərtəbəli muzeydə şairə həsr olunan eksponatlar və onun Gəncəyə gətirilən əlyazmaları nümayiş etdiriləcək. Fasadı milli ornametlərlə işlənilən binanın yerləşdiyi ərazidə şairin heykəli qoyulub, onun arxasında isə xüsusi kompazisiya yaradılıb. Gəncədə Mirzə Şəfi Vazeh irsinin, yaradıcılığının yaşadılması tək bununla bitmir.

Şərif Şərifov- Gəncə Şəhər Reklam və Xidmət İdarəsinin rəisi: “Mirzə Şəfi Vazeh 1 nömrəli məktəbdə Axundova dərs deyib. Orada Mirzə Şəfi Vazeh və Axundov dialoqunu əks etdirən pano yaratdıq. Xətai prospektində Texnologiya Universitetinin qarşısında yer altı keçidi də Vazeh irsinə həsr elədik. Atabəylər küçəsində Vazehə həsr olunan panolar da yaratdıq”.

Şairin yaradıcılığı toxunan xalçalar üzərində də öz əksini tapıb. 3 müxtəlif tərtibatda 40 ədəd xalçada Vazehin portreti Gəncənin təbiəti, Göygöl və Kəpəz dağının fonunda əks olunub. Poeziya rəngləri ilə xalçaların kənarında buta, eləcə də müxtəlif milli ornamentlər yer alıb.  

Şərif Şərifov- Gəncə Şəhər Reklam və Xidmət İdarəsinin rəisi: “Bu böyük monemantal xalçadır. Xalçalar muzeylərə yaraşıq verəcək. Mirzə Şəfi Vazeh və ətraf təbiət, poeziya, onun gözəl səsi, şeiri, xətti verilibdi”.

Yaxın günlərdə isə ilk dəfə olaraq Gəncənin baş rəssamı Şərif Şərifov Mirzə Şəfi Vazehə aid heykəl kompozisiyaların yaradılmasına da başlayacaq.