1 iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə Gəncədə rəsm sərgisi təşkil edilib

01 2017 15:46

Gəncədə yaradıcı uşaqlar da bu gündan sevinc payı alıb. 1 iyunla əlaqədar olaraq şəhər yaradıcılıq mərkəzində təşkil edilən rəsm sərgisi və nümayiş etdirilən bacarıqlı əl işləri maraqla qarşılanıb. Əyləncə-konsert proqramının iştirakçıları sırasında balaca fidanlar da olub. Uşaq yaradıcılıq Mərkəzinin, SOS Uşaq Kəndinin, Musiqi Məktəblərinin, Uşaq evlərinin istedadları və kollektivləri bir- birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ifa ediblər. Azyaşlıların iştirakı ilə intellektual yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. 


Aysun Qocayeva- rəssam: “Bu mənim ikinci sərgimdir. 20 şəklim nümayiş olunur. Daha çox o güldandakı gül şəklini sevirəm”.

Altun Süleymanov-  ifaçı: “Bura iştirakçı kimi qatılıram, vokal ifaçısıyam. Emin Sabitoğlunun “Can Azərbaycan” mahnısını ifa etdim. Arzu edirəm ki, dünyanın heç bir yerində uşaq əməyi istismar olunmasın”.

Könül Zeynalova- koordinator: “Beynəlxalq Uşaq Hüquqlarınən Müdafiəsi Günü münasibətilə bütün balacaları təbrik edirik. Bu gün SOS uşaq kəndi və Körpələr Evindən qonaqlarımız var, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlara xüsusi qayğı göstəririk”.