Gəncə SOS Uşaq Kəndinin sakinləri “Uşaqlarla gələcəyə doğru” adlı tədbirdə həmyaşıdları ilə biraraya gəlib

01 2017 16:27

Kənddə valideyn himayəsindən məhrum 108 uşağa 10 ana və 5 xala 12 ailə evində qayğı göstərir. Şənlik uşaqların sevimli cizgi filmi qəhrəmanlarının iştirakı ilə musiqilər, rəqslər, müxtəlif oyunlarla davam edib.

Gəncə Uşaq Evində isə bayram süfrəsi açılıb. 3-18 yaş arası olan 61 uşağın sığındığı məkanda balacalar rəqs və tetar dərnəyi, komputer, ingilis dilli kurslarında bilik və bacarıqlarını artırır. Buranın istedadlı uşaqları şəhərimizin müxtəlif musiqi təhsili verən müəssisələrində oxuyurlar. Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri milli və xarici rəqs bacarıqlarını nümayiş etdirərək istedad və bacarıqlarını göstəriblər. 

Tünzalə Rəhimova- Gəncə SOS Uşaq Kəndinin tərbiyəçi anası: “Bir çox layihələrdə bizim uşaqlar iştirak edib. Amma bu gün birinci dəfədir ki, bu layihədə iştirak edirik. Bundan da çox razıyıq. Uşaqlarımız nə qədər cəmiyyətə inteqrasiya edirlərsə onlar üçün daha yaxşıdı, gözəl göstəricidir”.

Arzu Rüstəmov-  iştirakçı: “SOS Uşaq Kəndində qalıram. Mən dostlarımla bu gün bura əylənməyə gəlmişəm. Bura gəldiyim üçün çox sevinirəm”.

Günay Salmanova- iştirakçı: “Biz bu gün xoşbəxdik. Dövlətimiz belə şərait yaratdığı üçün təşəkkür edirik. Bütün uşaqların bayramını təbrik edirəm”.