Xatirə yarışlarının qalibləri mükafatlandırıldı

02 2017 16:37

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən silsilə idman tədbirlərinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Yarışlar iki idman növü üzrə keçirilib. Birinciliklərdə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri qüvvəsini sınayıb. Olimpiya sisteminə uyğun olaraq keçirilən şahmat turnirinin qalibi Gəncə Dövlət Universiteti, ikinci yerin sahibi Azərbaycan Dövlət Aqrar Universitetinin komandası olub. Futzal turnirində isə Gəncə Dövlət Universiteti finalda Azərbaycan Texnologiya Universitetini məğlub edərək baş mükafata yiyələnib.

Bu yarışlarla paralel keçirilən “Heydər Əliyev irsini öyrənirik” adlı bilik müsabiqəsində Gəncə Regional Kolleci bütün rəqiblərini qabablayıb. ADAU ikinci yerə layiq görülüb.

Tədbirdə qaliblər təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa partiya həyatında səmərəli fəaliyyətinə görə 70 yaşlı Durna Dəstiyə fəxri fərman təqdim edilib. Həmçinin YAP Gəncə şəhər Təşkilatının fəal gənclərindən olan Hüseynağa Hüseynov da mükafata layiq görülüb. Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri verilib.