Şəmkir, Samux və Göygöl su və meliorasiya işçiləri peşə bayramlarını qeyd edib

05 2017 16:24

İstifadəyə verilən nasos stansiyası, əkin sahələrinin suvarılmasında çətinliklərin aradan qaldırılması, açılışı olan inzibati bina. Şəmkir, Samux və Göygöldən olan melioratorlar peşə bayramını bu nailiyyətlərlə qeyd edir. Onlar təsərrüfatçıları bu mövsüm də su ilə bağlı çətinliyin yaşanmayacağına əmin edirlər.  

Şəmkirdə Subartezian Quyularının İstismarı, Suvarma Sistemləri və Şəmkirçay su anbarı və kanallarının istismarı. eləcə də Su- Kanal İdarəsinin kollektivləri peşə bayramı günündə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Melioratorlar rayonda əhalini içməli və suvarma suyu ilə normal təchiz etmək üçün bütün güc və bacarıqlarını səfərbər etdiklərini vurğulayıblar. Meliorasiya işçiləri 40 min hektara yaxın suvarılan torpaq sahəsinə xidmət göstərir. Rayonnun əsas su mənbəyi Şəmkirçay dəryaçasıdır. Bundan başqa 774 subartezian quyusu, 17 nasos stansiyası və rayon ərazisindən keçən təbii çaylar il ərzində fermerlərin işinə yarayıb. Şəmkirçay dəryaçası həmçinin Samux, Göygöl və Goranboy ərazisində 70 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. 11 min abonentə xidmət göstərən Şəmkir Su Kanal İdarəsinin kollektivi kənd və qəsəbələrdə yay mövsümünə hazırlıq işləri davam etdirir.

Samux rayon Suvarma Sistemləri İdarəsinin kollektivi də normal fəaliyyət üçün yaradılan şəraitdən danışıblar. 30 min hektara yaxın əkin sahəsinin  suvarılması üçün 25 su nasos stansiyası, 500 subartezian quyusu tam işlək vəziyyətdədir. Nəticədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında nəzərdə tutulan göstəricilərdə artım qeydə alınıb. Ötən il ölkə prezidentinin sərəncamı ilə 11 subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu il isə daha beş quyunun qazılması istiqamətində iş aparılır. Çıxış edənlər bir neçə gün əvvəl su təsərrüfatı işçilərinin orden və medallarla təltif olunmasını ölkə rəhbərinin melioratorlara növbəti qayğı və diqqəti kimi dəyərləndiriblər. Tədbirdə fəal su təsərrüfatı işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim olunub.

Göygölda Suvarma Sistemləri İdarəsinin kollektivi isə peşə bayramlarını yeni inzibati binada qeyd ediblər. Melioratorlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Son iki ildə 10 su nasos stansiyasından, 9-u əsaslı təmir olunaraq yenidən qurulub. Avadanlıqlar dəyişdirilib. Əvvəllər istifadəsiz olan 2100 hektar sahə əkin dövriyyəsinə qatılıb. 4 min hektara yaxın sahənin suvarılması günün tələbləri səviyyəsinə çatdırılıb. Çıxışlarda dövlətin bu peşə sahiblərinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Tədbirdə peşə bayramları günü münasibəti ilə idarənin fəal işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim olunub.