“Asan” avtobus Daşkəsəndə

07 2017 16:40

Asan Xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Daşkəsən rayonudur. Qarşıdakı bir ay ərzində səyyar “asançı”lar Daşkəsən sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin yenilənməsi, əmək pensiyalarının təyinatı, eləcə də daşınmaz əmlakla bağlı xidmətlər göstərəcək. Artıq ikinci dəfədir Daşkəsənə gələn səyyar avtobusun xidmətlərindən faydalananların sayı da çoxluq təşkil edir. Şəxsiyyət təsdiq edən sənədlərin yenilənməsi isə müraciətlər arasında birincidir.  

Nail Məmmədov- qrup rəhbəri: “Artıq iki iş günüdür Daşkəsən rayonundayıq. İki gün ərzində 300-dən çox vətəndaşa xidmət göstərilib. Daha çox müraciətlər şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi və əmlak məsələləri ilə bağlıdır”.