Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid və milli qəhrəmanların şərəfli ömür yolu samuxlu məktəblilərə aşılanıb

09 2017 16:08

Rayonun Alabaşlı tam orta məktəbində milli qəhrəman Eltun İsgərdərovun xatirəsinə həsr olunan tədbirdə şagirdlərə vətən sevgisi, milli- mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik ruhunda tərbiyə, eləcə də qəhrəmanlara və şəhidlərə olan böyük sevgidən bəhs edilib. Tədbirdə Eltun İsgəndərovun göstərdiyi igidlik və şücaətdən söz açılaraq belə qəhrəman övladların heç vaxt unudulmayacağı vurğulanıb. Tədbir məktəblilərin ifasında, vətənpərvərlik mövzusunda olan kompazisiyalarla davam edib.

Xaləddin İsgəndərov- milli qəhrəmanın atası: “Mən bu gün nə deyə bilərəm, mən qürurla deyə bilərəm ki, mən şəhid atasıyam. Mən övladımla fəxr edirəm. Bu tədbiri təşkil edən hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Mafizə Məmmədova- Samux Rayon Alabaşlı qəsəbəsi tam orta məktəbin direktoru: “Hərbi dərslərdə, eyni zamanda keçirdiyimiz bütün tədbirlərdə biz hər an, hər dəqiqə onları yad edirik. Onları təbliğ etmək bizim hər birimizin milli- mənəvi və insanlıq borcudur ki, bizim gələcək nəsil bu qəhrəmanlıq məktəbindən örnək alaraq, vətənimizin çiçəklənməsi naminə öz sözünü deyə bilsin”.