Dibçəklərdə narkotik əkib-becərən Şəmkir sakini saxlanılıb

19 2017 17:03

Şəmkir polisi narkotik əkib becərməklə məşğul olan rayon sakinini saxlayıb. Kür qəsəbə sakini olan həmin şəxsin həyətindən xüsusi üsulla becərilən xeyli miqdarda narkotik tərkibli bitkilər aşkarlanıb.

Şəmkir rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini 41 yaşlı Eldəniz Tağıyev saxlanılıb. Həmin şəxsin yaşadığı fərdi yaşayış evinə baxış zamanı oradan hündürlüyü 25-85 santimetr aralığında olan 108 ədəd ümumi çəkisi 2 kiloqrama yaxın narkotik tərkibli bitkilər aşkarlanıb. Bundan başqa Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da müəyyən edilib.

Elvin Gözəlov- müstəntiq: “Eldəniz Tağıyevin yaşadığı ünvana baxış zamanı oradan 40 ədəd dibçəklərdə və 68 ədəd bir dəfəlik kapron qablarda becərilən çətənə kolları eyni zamanda evindən marixuana və çətənə kollarının toxumları aşkarlanaraq götürülüb”.

Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi becərdiyini üçün deyib. Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Eldəniz Tağıyev Kür qırağında topladığı toxumların yüksək keyfiyyətə malik olmasını gizlətməyib.

Eldəniz Tağıyev- saxlanılan şəxs: “Kür qırağından tapmışdım. Çəkdim, gördüm yaxşıdır. Toxumlarını saxladım axtarmağa vaxt itirməyim. Vedrələrdə, həyətimdə əkdim. Kəsib istifadə edirdim”.

İndi Eldəniz Tağıyevin xeyli vaxtı olacaq. Ancaq narkotik əkib becərməyə deyil, dəmir barmaqlıqlar arasında yaşamağa.