Şəmkirdə Taleh Həmidin anadan olmasının 65 illiyi yubileyi qeyd edilib

19 2017 17:05

Publisist-jurnalist Taleh Həmidin anadan olmasının 65 illiyi Şəmkirdə qeyd edilib. Anım mərasimində şairin yaradıcılığından söz açılaraq onun Azərbaycan ədəbiyyatında özünəməxsus yerinə toxunulub. 11 kitab, çoxsaylı məqalələr müəllifi olan Azərbaycan Yazıçıları Birliyinin üzvü Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Azərbaycan poeziyasını “VI Uluslararası Çanaqqala şeir axşamları” festivalında təmsil edib. Anım tədbirində şairin ailə üzvlərinə xatirə hədiyyəsi təqdim olunub. 

Anar Əliyev- qələm dostu: “Çox təəssüf ki, biz ilk dəfə bu ad gününü Taleh Həmidsiz keçirəsi oluruq. O çox böyük bir insan idi mənim təsəvvürümdə. Biz çox yaxın dost idik, amma dostluqdan daha çox mən belə hesab edirəm ki, böyük bir insan idi, böyük bir ziyalı idi. Taleh Həmid dünyaya yaxşılıq etmək üçün gəlmiş bir insan idi”. 

Eyvaz Həmid- qardaşı: “Taleh Həmid kiçik yaşlarından ədəbiyyata böyük maraq göstərmiş, hələ orta məktəb illərində dövrü mətbuatda öz yazıları ilə, şeirləri ilə çıxış etmişdir. Taleh Həmid ədəbiyyata çox alovlu gəlmiş və şeirləri ilə vətənə, millətə, xalqa bağlılığını nümayiş etdirmişdir”.