Qərb bölgəsinə yağan dolu Göygöl rayonunda ciddi fəsadlara yol açıb

21 2017 16:52

Doludan Göygölün 13 kəndi ziyan görüb. Əsasən kənd təsərrüfatı və evlərin dam örtükləri təbiət hadisəsindən zərər görüb. Taxıl zəmiləri, meyvə ağacları, əkin sahələri, xeyli sayda toyuq-cücə və mal-qara tələf olub. Rayonun 8 kəndində yaşayış evlərinin dam örtükləri tamamilə dağılıb. 5 kəndlə isə gediş-gəliş çətinləşdiyindən 10-na yaxın ağır texnika yaranan problemin aradan qaldırılmasına cəlb olunub və hərəkət yenidən bərpa edilib. Rayon Fövqəlada Hallar Komissiyasının nümayəndələri fəsadların aradan qaldırılmasına cəlb olunub. 


Turani Əliyev- Göygöl Rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Bizim tərəfimizdən elektrik təsərrüfatıdır, rabitədir, yoldur bunlara dəyən ziyanı aradan qaldırırıq. Geca saat 2 radələrinə kimi işlənib”.