IX və XI sinif şagirdləri buraxılış imtahanı veriblər

23 2017 15:18

Bu gün 28 şəhər və rayonun buraxılış sinif şagirdləri mərkəzləşdirlmiş qaydada imtahan verib. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana Gəncədə 3266 9-cu, 2560 11-ci sinif şagirdi qatılıb. 9-cular 1 saat 30 dəqiqə ərzində Ana dili və riyaziyyat fənlərindən ümumilikdə 60 qapalı tipli test tapşırığını həll etməyə çalışıblar. 11-cilərə isə Ana dili, riyaziyyat və xarici dildən 90 qapalı tipli test tapşırığı təqdim olunub. Xarici dil tədris olunmayan məktəblərin şagirdləri isə onun əvəzinə kimya fənnindən imtahan veriblər. İmtahan 2 saat 30 dəqiqə davam edib. Gəncədə 6 binada keçirilən imtahanların təşkili üçün 262 nəzarətçi müəllim, 20 imtahan rəhbəri cəlb olunub. Qərb bölgəsi üzrə növbəti imtahan iyunun 30-da baş tutacaq. Həmin gün Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy rayonlarda təhsil alan şagirdlərin bilikləri sınağa çəkiləcək.

Əli Tağıyev- şagird: “İmtahan çox asan idi. Əvvəl düşünürdüm ki, çətin olacaq, amma sualları görəndən sonra fikrim dəyişdi. Çox asan idi”.

Zeynəb Məmmədli- şagird: “Deyirdilər çətin olacaq, amma asan idi. Məncə 60 sualdan 51-52-si düz olacaq. Bu yolda çox əziyyət çəkmişik, gecəli-gündüzlü oxumuşuq. İnşaallah, əziyyətimizin bəhrəsini görərik”.