Gəncədə Ramazan bayramı qeyd edilir

26 2017 14:30

Gəncədə bayram namazı qılınıb. Bayram Namazı şəhərin bütün məscidlərində eyni vaxtda səhər saat 9-da başlayıb. İnsanların çoxluğu nəzərə alınaraq “Şah Abbas Cümə” məscidində namaz saat 10.00-da da qılınıb. Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.


Əlisəftar Səfərəliyev- Gəncə şəhər “Şah Abbas Cümə Məscidi” dini icmasının sədri: “Bayram sözünün özündə bir gözəllik var. Bayram insanları bir yerə cəm edir. Bir-biri ilə küsülü olan insanlar belə bayram namazından sonra görüşür. Bayram namazı vaxt bütün müsəlmanlar bir zəncirin həlqələri kimi bir-birinə bağlanırlar. Bayram namazı adətən şəhərin Cümə məscidlərində qılınır, lakin bu dəfə oruc tutanların çoxluğunu nəzərə alaraq, şəhərimizin bütün məscidlərində bayram namazı əda olundu, qılındı”.

Rahil İsmayılov- “Şah Abbas” Cümə məscidinin axundu: “Əli əleyhsalam buyurur ki, bayram o kəslərdən ötrüdür ki, onların günahları bağışlanıblar. Günahlardan qurtuluş bayramıdır. O kəslər üçün bayramdır ki, onlar öz hacətlərini, öz istəklərini Allah yanında ibadətlərini qəbul etdiriblər. Allah bu bayramı xalqımızın, millətimizin bəlalardan qurtuluşu qərar versin. Gələn il bu bayramı Qarabağda qeyd edək, İn şa Allah”.