Yol polisi Goranboyda kütləvi reyd keçirdi

20 2017 18:11

Gecə avtomagistrallarda özü ilə yanaşı başqaları üçün də təhlükə saçan sürücülər hədəfdədir. Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, eləcə də qanunsuz sərnişin daşıma hallarına son qoymaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin müffətişləri Goranboyda birgə reyd keçirib. Reydddə baş verənləri növbəti videomaterialdan biləcəksiz.

Gecə saatlarında iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyır, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirmir, bu azmış kimi sükan arxasına sənədsiz əyləşir. Görüntülər Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində lentə alınıb. Reyd günəmuzd işləyən əksər sürücülərlə bağlı vəziyyətin eyni olduğunuz üzə çıxarır.   

Avtobus sürücüləri arasında yol polisinin saxla işarəsinə tabe olmayanlar da tapılıb. Bir xeyli yol polisi ilə qaçdı qovdu oynayan sürücü qəza şəraiti yaradaraq özünü və sərnişinlərin həyatını təhlükəyə atdı.

Yol verilən qayda pozuntularına görə sürücülər cəzasız qalmayıb. Onların barəsində qanuna uyğun tədbir görülüb.

Etibar İbrahimov YPXA-nın 8-ci tağımının komandri: Məsələn saat 08:00 də avtobus yola çıxırsa gecə saat 1-də hərəkətə başlayır. Belə olanda sürücü yorgun olur yolda yuxulayır və hadisə törədir. Bu hadisələrin qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Bütün stasionar postlarda reydlər keçirilir.

Əli Əlyarov DANX-nin Gəncə Regional Şöbəsinin rəisi: Reydlər zamanı sürücülərə təklif olunur ki onlar avtobuslarını təhlükəsiz bir yerdə saxlayaraq saat 00:00 dan səhər saat 05:00 dək istirahət etsinlər. Təbii ki bu sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Yol Polisi ilə Dövlət Avtomobil Xidməti əməkdaşlarının birgə reydləri qarşıdakı günlərdə də davam edəcək.

Natiq Hüseyn