Milli mətbuatın 142 illik tarixi Gəncədə KİV nümayəndələrini bir araya toplayıb

22 2017 18:05

Milli mətbuatın 142 illik tarixi Gəncədə də KİV nümayəndələrini bir araya toplayıb. Əkinçi-dən başlayan tarixin bu gün ölkədə azad söz və məbuat azadlığı formasında təzahür etdiyi, hər bir ölkə vətəndaşının internetə sərbəst çıxışının olduğu önə çəkilib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlərin diqqətində olması minnətdarlıqla qarşılanıb. Gəncədə də KİV nümayəndələrinin ictimai həyatın ayrılmaz hissəsi kimi fəaliyyətləri yüksək qiymətləndirilib. Fəallığı ilə seçilən jurnalistlərdən bir qisminə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.