Gəncədə I və IV ixtisas qrupları üzrə təkrar imtahanlar keçirilib

22 2017 18:06

Dövlət İmtahan Mərkəzi Gəncədə də imtahan təşkil edib. 1-ci və 4-cü ixtisas qrupları üzrə Gəncə və ətraf rayonlardan ümumilikdə 2867 abituriyent öz biliyini sınayıb. 5 binada keçirilən imtahanın idarə olunmasına 18 imtahan rəhbəri, 240 nəzarətçi müəllim cəlb olunub. Təhlükəsizliklə bağlı 40 nəfər xüsusi dövlət mühafizə xidmətinin, 100-ə qədər Gəncə Şəhər Polis İdarəsi, Səhiyyə İdarəsi və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. İmtahanın həyəcanını abituriyentlərlə yanaşı onları gözləyən valideynlər də yaşayıb.

Adilə Mustafalı – valideyn: “Mənim üçün də çox həyəcanlı dəqiqələrdir. Həm ilk övladımdır. Ona görə də həm sevincliyəm, həm də həyəcanlıyam. Ilk imtahanda 540 bal toplamışdı. İndi daha yüksək nəticə gözləyirəm.

Ehtiram Məmmədov – valideyn: “Şəmkir rayon Seyfəli kəndindən gəlmişəm. Valideynəm, oğlumu gözləyirəm. 1-ci qrupa imtahan verir. Ötən imtahanda 350 bal toplamışdı. Bu dəfə yüksək toplamağını gözləyirəm.

Svetlana Hacıyeva – valideyn: “Göygöl şəhərindən gəlmişəm. Övladım imtahan verir. Birinci turdan müvəffəqiyyətlə keçib. Arzu edirəm bütün abituriyentlər ali təhcil ocaqlarına qəbul olsunlar”.