Gəncəli yeniyetmə güləşçi Avropa çempionatında

24 2017 17:04

Bu gün Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı başladı. Yarışda iştirak edən sərbəst güləşçilərimizdən biri də gəncəli pəhləvan Ramiz Həsənovdur. İdmançı 50 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq. Nizami yurdunu qitə yarışında təmsil edən güləşçi məşqçilər korpusunun ən çox ümid bəslədiyi idmançılar sırasındadır. Bu da əbəs deyil. Çünki Həsənov bu il qatıldığı yarışların əksəriyyətində qalib və mükafatçılar sırasında yer alıb. 


Orxan Cəfərzadə