Şəmkirdə geridə qalan altı ayın nəticələri müzakirə olunub

25 2017 14:58

Şəmkirdə cari ilin ilk yarısında sənayedə və kənd təsərrüfatı istehsal olunan məhsullarının həcmi artıb. Hesabat dövründə rayonda 1000-dən çox yeni işləri yaradılıb ki, onların da böyük əksəriyyəti bələdiyyələrin nəznində yaradılan emal və istehsal müəssisələrinin payına düşür. Sahibkarlar üçün yaradılan şərait də işsizliyin aradan qaldırılmasında az rol oynamayıb. Hesabat yığıncağında eləcə də ölkə prezidentinin sərəncamı ilə salınan Şəmkir-dağ Çəyir avtomobil yolunda işlərin başa çatmaq üzrə olduğu, yerli büdcə hesabına rayonda səhiyyə, mədəniyyət və təhsil ocaqlarının maddi texniki bazasının möhkəmləndirildiyi vurğulanıb. İclasda əkin sahələrinin normal su ilə təchizatı və bu sahədə yaranan çətinliklər ətraflı təhlil edilib qarşıda duran vəzifələr müəyənləşdirilib.



Natiq Hüseyn