Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib

26 2017 15:53

Hadisə rayonun Yuxarı Salahlı kəndində Qeydə alınıb. Opel və Vaz markalı avtomobillərin toqquşması nəticəsində Vazın sürücüsü Samir Qasımov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan sürücü 23 yaşlı Elvin İsmayılov və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Opel sürücüsünün dediyinə görə hadisə ötmə əməliyyatı yerinə yetirərkən baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.