Gəncədə marafonla bağlı parti keçirilib

16 2017 13:42

Gəncədə “İradənlə tarix yaz!” və “Marafonda bizimlə ol!” şüarları altında "Gəncə Marafonu-2017" layihəsinə dəstək olaraq Youth İNT partisi keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə, Gəncə Avropa Gənclər Paytaxtı 2016 və Gələcəyə Körpü Gənclər İctimai Birlikl’rinin təşəbbüsü ilə keçirilən partidə marafon çərçivəsində gənclər və könüllülərlə aparılan iş, qaçış qrafiki, iştirakçıların sayı barədə məlumat verilib. Ardından gənclər əyləncəli müsiqilərin sədaları altında rəqs edib, gecənin dadını çıxarıblar.

Xaliq Qurbanlı