Azərbaycan kinosu Samuxda

16 2017 17:47

Samuxda Azərbaycan kinosu həftəliyi başlayıb. Rayon Mədəniyyət evində baş tutan açılış mərasimində milli kino tarixinə nəzər salınıb, müsir dövrdə bu sahənin inkişafı üçün göstərilən səylərdən danışılıb. Müxtəlif səpkili, xüsusilə də Qarabağ mövzusunə həsr olunan filmlərin istehsalının müşahidə edildiyi vurğulanıb. Azərbaycan kinosu həftəsi çərçivəsində “Atları yəhərləyin”, “Arşın mal alan”, “Bəxtiyar”, “Ögey ana”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” kimi filmər samuxlulara təqdim olunacaq. Filmlər Heydər Əliyev Mərkəzinin kino zalında nümayiş etdiriləcək.

Süleyman Əliyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi: Əsas məqsəd Azərbaycanın qızıl fonduna daxil olan keçmiş filmlərimizi o cümlədən bu gün Azərbaycan kino sənayesinin məhsulu olan müasir Azərbaycan filmlərini insanlar və cəmiyyət arasında təbliğini təşkil etməkdir.

Natiq Hüseyn