Hərbi xidməti başa vuran kəlbəcərli gənclərlə görüş olub

18 Oktyabr 2017 13:52

Hərbi xidməti başa vuran kəlbəcərli gənclərlə görüş olub. Ordu sıralarında olduğu müddətdə müxtəlif silahlardan istifadə imkanlarını mənimsəyən gənclər silahlı qüvvələrdə xidmət etməkdən qürur duyduqlarını dilə gətiriblər. Azərbaycan ordusunun qüdrətindən, hərbçilər üçün yaradılan şəraitdən danışlıb. Ötən ilin aprel döyüşlərinin ölkə hərbiyyəsinin imkanlarını bütün dünyaya nümayiş etdirdiyinə diqqət çəkilib. Görüşdə Kəlbəcərin müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb, ehtiyata buraxılanlara hədiyyələr təqdim olunub.