Şəmkirdə futbol üzrə keçirilən rayon çempionatı davam edir

19 Oktyabr 2017 18:42

Yarışda ikinci dövrəyə start verilib. Çempionat 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir. İkinci dövrənin ilk turunun ən maraqlı oyunu Kür qəsəbəsi ilə Şəmkirin rayon mərkəzini təmsil edən komandalar arasında olub. Yerli Olimpiya İdman Kompleksinin meydançasında reallaşan görüşdə qəsəbə futbolçuları hesabda geri düşsələr də, oyunun axarını dəyişməyi bacarıblar. Final fiti Kür kollektivinin 3:1 hesablı əzmkar qələbəsini rəsmiləşdirib. Çempionata dekabr ayının sonlarında yekun vurulacaq. İlk üç yeri tutan komandalara pul mükafatı veriləcək. Yarışda fərqlənən futbolçular isə həvəskarlar liqasında çıxış etməsi gözlənilən “Şəmkir” klubunun heyətinə cəlb olunacaqlar. 

Azad Rəfi