Qazaxda aksiya keçirilib

13 Noyabr 2018 17:07

Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Qazaxda Ümumdünya Diabet Gününə həsr olunan aksiya keçirib. Həkim-endokrinoloqlar əhalini diabet, onun risk faktorları, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylayıblar. Həmçinin şəkərin təyini ilə bağlı analizlər götürülüb və nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə qəbul olunan “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı”na uyğun olaraq şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər məsələlərə diqqət artırılıb.

Natiq Hüseyn