Qazaxda “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları ilə görüş keçirilib

13 Noyabr 2018 17:08

Qazax rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində cənub bölgəsinə səfər edəcək məktəblilərlə görüş keçirilib. Gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, təşkil olunan aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında mühüm əhəmiyyətinə diqqət çəkilib. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, mətbəxi, coğrafiyası olduğu vurğulanıb. Cənub bölgəsində son illər gedən sürətli inkişaf və sosial iqtisadi uğurlar barədə şagirdlərə məlumat verilib. Natiqlər tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar qazanmağı və mənalı istirahət arzulayıb. Aksiya iştirakçılarıda öz növbələrində yaradılan imkanları yüksək qiymətləndirib və bu kimi tədbirlərin onların gələcək həyatında müsbət rol oynaycağını vurğulayıblar.

Natiq Hüseyn