Gənclərin məşğulluğunun artırılması məqsədilə sərgi keçirilib

11 2019 13:05

Gənclərin əmək bazarına inteqrasiyası dövlət məşğulluq siyasətində mühüm yer tutur. Xüsusilə gənclərin özünü məşğuluğunun artırılması və ailə sahibkarlığının inkişafı daim diqqətdə saxlanılır. Gəncədə təşkil edilən sərgi də bu məqsədə xidmət edib. Əsas məsələ iş qurmaq istəyən gənclərin maliyyə əlçatanlığının təminidir. Sərgiyə bu məqsədlə 5 bank və 1 kredit təşkilatının nümayəndəsi də qatılıb. Bundan öncə Bakı şəhərində təşkil edilən anoloji tədbir, regionun digər bölgələrində də keçiriləcək.

Zemfira Ağayeva - Sahibkar Qadınlar İctimai Birliyinin sədri: Burada Gəncə regionundan olan gənclərdir, gənc sahibkarlardır, sənətkarlardır. Gənclərə stimul vermək, potensialı olan gənclərə belə bir tədbirin keçirlməsi onların daha da inkişafına dəstək kimi nəzərdə tutulur.

Afina Babayeva - Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Gəncə nümayəndəliyinin rəhbəri: Sahibkarlara hər mərhələdə dəstək lazımdır. Xüsusən də gənc sahibkarların biznesə qoşulmasında onlara müəyyən dəstək lazımdır. Bu məqsədlə dəvət olunub həm sahibkarlar həm də banklar. Biz istəyirik ki, onlar mikrokreditlərdən istifadə edərək bizneslərinin təməlini qursunlar.