Kanaldan qadın meyiti tapılıb

11 2019 13:12

Göyçayda kanaldan cəsəd tapılıb. Qadın meyiti Şirvan kanalının Göyçayın Cəyirli kəndindən keçən hissəsində aşkar edilib və yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar, meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Mərhumun Göyçay şəhər Qantəmir küçəsində qeydiyyatda olan 61 yaşlı Şəhla Abdullayeva olduğu məlum olub. Məlumata görə, o, ruhi xəstə imiş və ailə qurmayıb. Faktla bağlı araşdırma aparılır