Gəncənin telekommunikasiya şəbəkəsi yenidən qurulacaq

11 2019 17:32

Bununla bağlı plan təsdiqlənib və cari ilin sonuna qədər telefonlaşdırılmayan ərazilərə yeni xəttlərin çəkilməsi planlaşdırılır. Hazırda istismarda olan elektron ATS-lər istismar müddətini başa vurub, proqram təminatı köhnəldiyindən müasir texnologiyalardan istifadə edilməklə yenidənqurma işləri həyata keçiriləcək. Yenilənmə işləri nəticəsində 237 min metrə yaxın fiber optik kabel çəkiləcək. Telefon nömrə tutumu 23 424, internet tutumu isə 35 584 ədəd artırılacaq. Ötən müddət ərzində Aztelecom tərəfindən Xocalı və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 600 ailəlik qəsəbənin telefonlaşdırılması üçün fiber optik xətt çəkilib.

Elçin Cabarov -  “Aztelecom” MMC-nin Kommersiya Departamentinin direktoru - Köhnə avadanlıqlar istismardan çıxarılır və yenisi ilə əvəz olunur. Gəncə şəhərində də şəbəkənin rekonstruksiyası nəzərdə tutulub. Mövcud texnologiyalar yeniləri ilə əvəz olunacaq. Görülən işlər xidmət çeşidlərinin, internet xidmətinin keyfiiyyətinin və sürətinin artmasına imkan verəcək. Aparılacaq işlərin əsas məqsədi müştəri məmnuniyyətidir. Bildirmək istərdim ki, əsaslı rekonstuksiya digər bölgələrimizdə də davam etdiriləcək.

 

Jalə Qurbanova