“Qoşqar” növbəti mərhələyə çıxmaq şansını itirdi

11 2019 17:34

Futbol üzrə Region Liqasında mübarizə davam edir. 4 region üzrə keçirilən turnirin Şimal-Qərb zonasında 12-ci turun oyunları keçirilib. Hesabat turunda Gəncəni yarışda təmsil edən “Qoşqar” qış fasiləsindən sonra  bu il doğma meydanda ilk oyununa çıxıb. Nizami yurdunun kollektivi Ağdaşın “Şirvan” komandasını sınağa çəkib. İlk dövrədə səfər görüşündə uduzan gəncəlilər evdə bu məğlubiyyətin revanşını almağa çalışsalar da, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilməyiblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar hər hissədə 1 qol  vuraraq 0:2 hesabı ilə qalib gəliblər. Bu qələbədən sonra xallarının sayının 17-yə çatdıran “Şirvan” 3-cü sıradakı mövqeyini qoruyub. 7 xala malik “Qoşqar” isə 1 pillə geri yuvarlanaraq 6 yerdə qərarlaşıb. 13-cü turda istirahət edəcək gəncəlilər bununla da, növbəti mərhələ şansını itiriblər.

 

Orxan Cəfərzadə