At əti satan şəxs saxlanılıb

15 2019 13:02

Bərdə rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 40 yaşlı Rövşən Babayev saxlanılıb.At başı kəsərkən tutulan şəxsdən 128 kq ət müsadirə olunub.Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.