Kişi arvadına və qayınanasına ağır xəsarət yetirib

15 2019 13:03

Şəmkirdə kişi həyat yoldaşı və qaynanasına ağır xəsarət yetirib. Hadisə səhər saatlarında Kür qəsəbəsində, Məmməd Əmin Rəsulzadə küçəsi, bina 3, mənzil 48-də qeydə alınıb. Qəsəbə sakini 32 yaşlı Elnar Cəfərov qaynanasının yaşadığı ünvana gələrək orada həyat yoldaşı 31 yaşlı İlahə Cəfərova və qayınanası 62 yaşlı Nailə Eyyubova ilə mübahisə edib. Bu zaman Cəfərov çapacaqla həyat yoldaşı və qaynanasına baş nahiyəsindən müxtəlif xəsarət yetirib. Hər iki yaralı Şəmkir MRX-yə çatdırılıb. Kür qəsəbə polisi Elnar Cəfərovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.