Şəmkirdə məktəbdə qanlı olay baş verib

15 2019 13:03

Şəmkirdə məktəblilər arasında qanlı olay yaşanıb. Hadisə Şəmkir şəhəri Nəriman Nərimanov adına orta məktəbin giriş qapısının yanında, dərs vaxtı baş verib. 17 yaşlı şagird 8-ci sinifdə oxuyan, 16 yaşlı Asəf Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Faktın araşdırılmasına başlanılıb.  

 

Natiq Hüseyn