Sərhədçi torpağa tapşırıldı

12 2019 11:00

Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı şəxslərlə atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib. Sərhədçi Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılan Səxavət Məmmədov sərhəd pozucularının açdığı atəş nəticəsində sinəsindən güllə yarası alıb. Dərhal hərbi hospitala təxliyə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.