Şəkər çuğundurundan mənfəət 500 min manata yaxın olub

12 2019 11:01

Ötən il Göygöldə, ölkə üzrə əkin aparılan ərazilən 4 faizi qədər - 501 ha ərazidə şəkər çuğunduru əkilib. Əldə edilən 18 min 478 ton məhsul isə ölkə üzrə göstəricinin 4.5 faizini təşkil edir. İmişli Şəkər Zavoduna təhvil verilən məhsuldan fermerlərin gəliri 1 milyon manata yaxın olub ki, bunun da yarısı mənfəəət deməkdir. Bundan həvəslənən fermerlər rayonun 12 kəndində aprel ayına kimi şəkər çuğundurunun səpinin yekunlaşdırmağı qarşıya məqsəd qoyublar. Azərbaycan Şəkər İstehsalat Birliyi ilə bağlanan müqaviləyə əsasən istehsalçılar texnika, toxum, eləcə də digər aqrotexniki qulluqla bağlı təmin olunurlar.

Adil Kərimzadə - Göygöl DAİM-in bitkiçilik sektorunun müdiri: Göygöl rayonun da şəkər çuğundurunun hektardan məhsuldarlığı Respublikadan orta məhsuldarlığa yaxındır. Şəkər çuğundurunun əkininə maraq yüksək olduğu üçün ilbə il çalışırlar ki, hektardan məhsuldarlığı yüksəltsinlər, daha çox məhsul əldə etsinlər və maddi maraqlarını da təmin etsinlər. Şəkər çuğundurunun həm əkininə görə həmdə təhvil verilmiş məhsulun hər tonuna görə dövlət tərəfindən 4 manat yardım verilir.