Son 5 ildə körpələrə ən çox bu adlar verilib

12 2019 11:02

Son 5 ildə Azərbaycanda yeni doğulan uşaqlara ən az və ən çox qoyulan adların siyahısı bəlli olub. Bu illər ərzində oğlan uşaqlarına ən çox qoyulan ad Yusif, Əli, Hüseyn, Ömər, Məhəmməd, ən az qoyulan ad isə Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub. Qızlara isə ən çox Zəhra, Nuray, Fatimə, Aylin, Məryəm, ən az Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər kimi adlar verilib.