Maaşların artırılması nəzərdə tutulur

12 2019 11:03

“Cari ilin ikinci yarısında pensiya və müavinətlərin yenidən artımı gözlənilir”. Bu barədə Kapital verilişində qonaq olan millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə qeyri-neft sektoru üzrə qəbul olunan strateji yol xəritələrində nəzərdə tutulan hədəflər bu addımı atmağa imkan verir.

Musa Quliyev - millət vəkili: “Xüsusən qeyri neft sektorundan gələn gəlirlərin məbləği artır. Təkcə yanvar ayında 105 mln manat nəzərdə tutulandan artıq olub. Bu templə biz düşünürəm ki, iyun yaxud may ayında büdcəyə yenidən baxa bilərik. Büdcənin profisti alınacaq. Gələn əlavə gəlirləri də sosial sahəyə yönəldə biləcəyik. Hesab edirəm ki, biz bu il ərzində həm maaşların bir daha artırılmasının şahidi olacıq, həm də insanları ən çox narahat edən mənzil məişət şəraiti, mənzil problemlərinin həlli ilə bağlı da yeni imkanların əldə olunmasının şahidi olacıq”.