Qazaxda heroin satan şəxs saxlanıldı

12 2019 11:07

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarına 54 yaşlı Salman Lələyevin rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan asayiş keşikçiləri Lələyevi cinayət başındaca yaxlayıblar. Əməliyyatçılar onun üzərindən külli miqdarda heroin aşkarlayıblar. Dindirilmə zamanı Salman Lələyev narkotiki tanımadığı şəxsdən aldığını və üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini deyib. Saxlanılan şəxs barəsində Qazax rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun heroini hansı məqsədlə üzərində saxladığı istintaqın yekununda bəlli olacaq. Salman Lələyev əvvəllər dörd dəfə məhkunluq həyatı yaşayıb və ümumilikdə ömrünün 25 ilini dəmir barmaqlıqlar arxasında keçirib.

Fərid Rüstəmov - Qazax RPŞ-nin Təhqiqat bölməsinin rəisi: Qazax rayon polis şöbəsində üzərinə baxış keçirilərkən onun üzərindən 14 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Qazax rayon polis şöbəsinin təhqiqat bölməsində Cinayət Məcəlləsinin 234.4.3 cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.