Gəncədə yol qəzası baş verib piyada ölüb

12 2019 11:09

Hadisə şəhərin Heydər Əliyev prospektində  baş verib. Yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda piydanın kimliyi və onu vurub hadisə yerindən qaçan sürücü axtarılır. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı