Xəstəxanadan oğurluq edən Gəncə sakini saxlanılıb

21 2017 13:38

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də xəstəxanalardan birinin qəbul şöbəsindən kompyuter monitoru oğurlamaqda şübhəli bilinən şəhər sakini İlkin Bünyatov tutulub. Ətrafında aparılan tədbirlərlə onun şəhər sakinləri olan 3 nəfərin pul və mobil telefonlarını oğurladığı da müəyyən edilib.