Gəncədə Olimpiya Hərəkatı - 2017 proqramı çərçivəsində velosiped üzrə yarış təşkil edilib

21 2017 13:39

Bakı və Sumqayıtdan sonra Gəncədə keçirilən veloyarışın məkanı şəhər stadionu olub. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən 2 günlük kütləvi idman tədbirində məktəblilər mübarizə aparıb. Reqlamentə əsasən yarışda ilkin mərhələdə birinci yeri tutan komandaların üzvləri Bakıda keçiriləcək final turnirində Olimpiya hərəkatının qalibi adı uğrunda yarışacaq. Qeyd edək ki, ilk dəfə olaraq məhz bu yarışlarda İsmayıllıda istehsal olunan İSMA velosipedlərindən istifadə olunur.

Faiq Qurbanov - AVİF-in əməkdaşı: "Azərbaycan Velosiped Federasiyası da keçirilən bu tədbirlərə, yarışlara dəstək olaraq çalışır ki, Olimpiya Hərəkatı çərçivəsində idman oyunlarına gənclərin kütləviliyinin artırılmasında əlindən gələni etsin, yarışları düzgün təşkil etsin və qalib komandalar öz şəhərlərinin şərəfini respublika çempionatlarında layiqincə qorusunlar".